AZ

PSJ-dən Yamala rekord təklif

style='margin-bottom:10px;'>

PSJ İspaniya millisinin və "Barselona"nın vingeir Lamine Yamalı transfer etməkdə israrlıdır.

QOL.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Paris təmsilçisi 17 yaşlı futbolçuya "Barselona" ilə yeni müqavilə imzalamağı üçün təzyiq göstərir. 

PSJ-nin planı Laminə hazırda "Real"da oynayan sabiq futbolçusu Kilian Mbappenın müqaviləsindəki maliyyə şərtlərinə bərabər olan müqavilə təklif etməkdir. Fransa təmsilçisi gənc oyunçunu bu göstəricidə klubun rekordçusuna çevirməyə hazırdır.

Daha əvvəl mətbuatda Yamalın 18 yaşı tamam olanda "Barselona" ilə müqaviləsini daha yaxşı şərtlərlə uzadacağı barədə xəbərlər yayılmışdı.

Laminin "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm komandanın heyətində 38 matçda 13 qol vurub və 17 məhsuldar ötürmə verib.

Seçilən
2
1
teleqraf.com

8Mənbələr