Futzal üzrə Yüksək Liqada 13-cü turun oyun cədvəli açıqlanıb.


Rekord.az xəbər verir ki, oyunlardan biri martın 22-də, digərləri isə martın 27-də keçiriləcək.


Belə ki, U-19 martın 25-dən 30-dək Avropa çempionatının əsas mərhələsində mübarizə aparacağına görə, federasiya “Baku Fire”in də razılığı əsasında görüşün tarixini dəyişib. Beləliklə U-19 – “Baku Fire” qarşılaşması martın 22-də, saat 16:00-da Olimpik Starda keçiriləcək.


U-19 – Baku Fire

22 mart. Olimpik Star. Saat 16:00


Yasamal Bakı - Neftçi İK İB

27 mart. Olimpik Star. Saat 14:00


Şuşa - Araz-Naxçıvan

27 mart. Olimpik Star. Saat 16:00