AZ

Milli Kitabxanada Novruz bayramına həsr olunmuş ənənəvi kitab sərgisi açılıb

Bakı, 19 mart, aZƏRTAC

Milli Kitabxanada “Novruz - xalqımızın əziz bayramı” adlı virtual sərgi və “Azərbaycan xalq bayramı – Novruz” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə Novruz bayramının mahiyyəti, tarixi kökləri, əski qaynaqlarda yeri, bayramla bağlı adət-ənənələr, ayin-mərasimlər, oyun-tamaşalar, xalqımızın minilliklər boyu təcrübə əsasında formalaşmış iqtisadi həyatı, el sənətinin inkişaf yolları, şifahi xalq ədəbiyyatı və s. xalqımızın əziz bayramı haqqında nəşr olunan Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotolar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istiyənlər linkindən istifadə edə bilərlər.

Seçilən
3
azertag.az

1Mənbələr