AZ

Türk lirəsi çökdü

Türkiyənin milli valyutası ilk dəfə olaraq bir dollar üçün 37 lirəni keçərək yeni tarixi minimuma çatıb.

Publika.az xəbər verir ki, ticarət məlumatlarına görə, hazırda dollar 37,3 lirədən satılır.

Bundan əlavə, bu gün açılışda İstanbul Birjası indeksi 6,87% ucuzlaşıb.

Bütün bunlar İstanbul meri Əkrəm İmamoğlunun həbsi ilə bağlı səs-küylü xəbərlərdən sonra baş verib. Merdən başqa, iş adamları, dövlət qulluqçuları, siyasi fəallar və jurnalistlər də daxil olmaqla 100-dən çox adamın həbsinə order verilib.

Seçilən
9
publika.az

1Mənbələr