AZ

İran valyutasından tarixi antirekord: 1 dollar 100 min tüməni keçdi

Ağ Evin İrana xəbərdarlıq bəyanatlarından sonra bu gün səhər saatlarından İran tüməninin ABŞ dolları qarşısında dəyəri kəskin azalıb.

Bu barədə Tehranın azad bazarındakı mənbələr məlumat yayıb.

Məlumata görə, bu gün 1 ABŞ dolları 100 min tüməndən bahaya satılıb.

Məzənnəni göstərən bir çox rəsmi saytlarda qiymətlər göstərilməsə də, bəzi saytlar dolların bahalaşmasını təsdiq edib, hər 1 dolların 100 min tümən olduğunu yazıb.

İqtisadçılar İran rəsmilərinin ABŞ ilə danışıqlardan imtina barədə bəyanatları vəm gərginliyin artması səbəbindən İran pulunun dahada ucuzlaşacağını proqnozlaşdırıblar.

visiontv.az



Seçilən
11
visiontv.az

1Mənbələr