AZ

Yeni koronavirus aşkarlandı

Braziliyalı alimlər və Honq-Konq Universitetinin tədqiqatçıları yarasalardan götürdükləri nümunələri araşdıraraq yeni növ koronavirus aşkar ediblər.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, mütəxəssislər virusun strukturunun Yaxın Şərq Tənəffüs Sindromuna (MERS) bənzədiyini və insanlara yoluxma potensialına malik ola biləcəyini bildiriblər.

İnisiasiya mexanizmi insan hüceyrələrinə yapışmaq xüsusiyyətinə malikdir.

Virusla daha çox sınaqlar planlaşdırılır. Alimlər Honq Konqda laboratoriya tədqiqatları vasitəsilə virusun insan hüceyrələrinə yoluxma potensialını qiymətləndirəcəklər.

Dəniz

Seçilən
14
tribunainfo.az

1Mənbələr