AZ

Rezidenturaya hazırlaşan namizədlərin NƏZƏRİNƏ

Məlum olduğu kimi, cari ildə İctimai səhiyyə istiqaməti üzrə də rezidenturaya qəbul imtahanları keçiriləcək. Bu istiqamət üzrə namizədlərin rezidenturaya qəbul imtahanlarında ilk dəfə iştirak edəcəyi nəzərə alınaraq otk.az portalına DİM tərəfindən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (qəbul imtahanının 1-ci mərhələsi) modelinə uyğun yeni 7 nömrəli (N7) sınaq imtahanı yerləşdirilib.

DİM-dən AzEdu.az-a bildirilib ki, ictimai səhiyyə istiqaməti üzrə rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlər istənilən vaxt sınaq imtahanında iştirak edərək biliklərini yoxlaya bilərlər.

İstiqamətlər üzrə baza fənlərinin proqramları arasında fərqlər olmasına baxmayaraq, digər istiqamətlər üzrə rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlər də sınaq imtahanına daxil olaraq test tapşırıqlarının məzmunu və formaları ilə tanış ola bilərlər.

Seçilən
1
7
azedu.az

8Mənbələr