Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Atayev Atakişi Qəhrəman oğlu dəfn olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin dəfn mərasimində ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşinin qalıqları Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, A.Atayev 1960-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. O, 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşüb.