AZ

Süni intellekt Strategiyasının hədəf göstəriciləri AÇIQLANDI

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın hədəf göstəriciləri açıqlanıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, Strategiyanın icrası nəticəsində aşağıda qeyd olunan hədəflərə nail olunması nəzərdə tutulur:

- ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması;

- süni intellektin tətbiqi üçün əlverişli şərait yaradılması;

- süni intellekt sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması;

- cəmiyyətin bütün üzvlərinə süni intellektin faydalarının geniş şəkildə təbliğ edilməsi.

Seçilən
1
16
day.az

10Mənbələr