AZ

Vitkoff martın 23-də Ciddədə danışıqların yeni mərhələsini elan edib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff martın 23-də Ciddədə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təmaslar zamanı əldə olunmuş razılaşmaların təfərrüatları üzrə bazar günü planlaşdırılan danışıqları açıqlayıb. Bu barədə “TASS” məlumat yayıb.

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub, onlar bir sıra mühüm beynəlxalq məsələləri müzakirə ediblər. Yaxın Şərq və Qırmızı dənizdəki vəziyyətə xüsusi diqqət yetirilib. Tərəflər böhranlı bölgələrdə gərginliyin azaldılması, habelə nüvə silahının yayılmaması və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə səylər barədə razılığa gəliblər.

Daha sonra Amerika lideri bildirib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski silahlı münaqişəyə son qoymaq istəyirlər.

Fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna üzrə danışıqların birinci raundu baş tutub. Həmçinin Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili müzakirə olunub. Amerikanın dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna üzrə danışıqlar qruplarının yaradılması barədə razılığa gəliblər.

Almaz Həsənli

Seçilən
5
oxumeni.az

1Mənbələr