AZ

Rusiya Putinin əmrindən sonra Ukraynanın enerji infrastrukturunu hədəf alan dronlarını zərərsizləşdirib

“Putin və Trampın danışıqlarından sonra Rusiya hərbçiləri Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı Ali Baş Komandanın əmrini alıb”.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmin an havada Rusiyanın Ukraynanın Nikolayev vilayətindəki energetika obyektlərini hədəf alan yeddi PUA-sı olub. Rusiya Hava Hücumundan Müdafiə qüvvələrinə həmin PUA-ları zərərsizləşdirmək əmri verilib: “Onlardan 6-sı “Pantsir”, biri isə Hava Kosmik Qüvvələrinin qırıcısı tərəfindən vurulub”.

Rusiya MN-dən o da bildirilib ki, “Putin və Tramp arasında danışıqlar başa çatdıqdan bir neçə saat sonra Ukrayna üç PUA ilə neftin Xəzər Boru Kəməri Konsorsiumunun boru kəməri sisteminə ötürülməsini təmin edən Kavkazskayadakı enerji infrastrukturu obyektinə hücum edib”.

PUA-nın düşməsi nəticəsində 1700 kvadratmetr sahədə yanğın baş verib.

Rusiya MN “Ukraynanın bu hərəkətlərini Trampın sülh təşəbbüslərini pozmağa yönəlmiş xüsusi hazırlanmış təxribat” adlandırıb.

Seçilən
4
2
apa.az

1Mənbələr