AZ

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

Bakı. Trend:

Süni intellekt və məlumat idarəetməsi sahəsində mütəxəssislərinhazırlanması, həmçinin dövlət orqanlarının (qurumlarının) rəhbərheyətinin bu sahədə biliklərinin təkmilləşdirilməsi üçün təşkilolunan təlim və inkişaf proqramlarında təlimçilərin məhdud saydaolması və ya kifayət qədər hazırlıqlı olmaması yerli kadrlarınbilik səviyyəsinin yüksəlməsinə mane ola və sahəyə marağı azaldabilər. Bu riskin neytrallaşdırılması və proqramların keyfiyyətininartırılması məqsədilə Süni İntellekt Akademiyasının yaradılması vənüfuzlu xarici təhsil müəssisələri ilə əməkdaşlıq nəzərdətutulur.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlatəsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçünsüni intellekt Strategiyası”nda öz əksini tapıb.

Bildirilib ki, həmin tədbirlər yerli kadr potensialınıgücləndirəcək, sahəyə olan marağı artıracaq və inkişafısürətləndirəcək.

Vurğulanıb ki, sənaye ilə dövlət orqanları (qurumları) arasındaəməkdaşlıq və əlaqələndirmənin zəif olması, sənaye sektorunun süniintellekt texnologiyalarına maraq göstərməməsi nəticəsində peşəkarkadrların bilik və bacarıqlarını real mühitdə tətbiq etməkimkanları məhdudlaşa bilər ki, beləliklə də kadrların formalaşmasıvə inkişafı ləngiyər. Bundan əlavə, süni intellektdən biznesdə realistifadəyə dair praktiki nümunələrin azlığı gənc mütəxəssislərin busahəyə marağının azalmasına səbəb ola bilər. Bu riskin aradanqaldırılması üçün yaradılması nəzərdə tutulan Süni İntellektAkademiyası, sənaye və dövlət orqanları (qurumları) arasında sıxəməkdaşlığın qurulması və süni intellektin biznes üçün yaratdığıimkanlar barədə geniş məlumatlandırma aparılmasıplanlaşdırılır.

Qeyd edilib ki, texnoloji infrastrukturun qeyri-kafi olması vəinnovasiya üçün əlverişli mühitin yaradılmaması süni intellekt üzrəistedad və bacarıqların təkmilləşdirilməsi qarşısında dayanan çoxciddi risklərdən biridir. Süni intellektin effektiv tətbiqi üçüngüclü və müasir texnoloji infrastruktura ehtiyac var. Buinfrastrukturun olmaması və ya zəif olması layihələrin uğurlaicrasını çətinləşdirə bilər. Bu riski neytrallaşdırmaq üçün süniintellektə uyğun yüksəksəviyyəli hesablama infrastrukturununinkişaf etdirilməsi və müasirləşdirilməsi üçün əlavə sərmayələrqoyulması nəzərdə tutulur. Həmçinin, texnoloji mühitin inkişafıməqsədilə pilot layihələrin sənaye infrastrukturlarında real olaraqtətbiq edilməsi, innovasiya mərkəzlərinin, Süni İntellektAkademiyasının və laboratoriyaların inkişaf etdirilməsi,startaplara dəstək proqramlarının təşkil olunmasıplanlaşdırılır.

Bütün bunlarla əlaqədar Süni İntellekt Akademiyasının fəaliyyətəbaşlaması İnteraktiv tədris platformasının istifadəyə verilməsi,yarışma platformasının istifadəyə verilməsi, ictimaiyyətin süniintellekt mövzusunda bilik səviyyəsini artırmaq məqsədiləehtiyacların müəyyən edilməsi planlanır.

Həmçinin Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsindəən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığıntəmin edilməsi, süni intellektlə bağlı məlumat və resurslar üçünplatformanın yaradılması nəzərdə tutulur.

Bundan əlavə, süni intellekt sahəsində 500 mühəndisinyetişdirilməsi 3000 nəfərlik süni intellekt icmasınınformalaşdırılması, müxtəlif dövlət orqanlarından (qurumlarından)500 əməkdaşın “Menecerlər üçün süni intellekt” təlimlərindən məzunolması, interaktiv tədris platformasında istifadəçilərin sayının 10minə çatdırılması, yarışma platformasında ümumilikdə 1000istifadəçi ilə 10 yarışmanın keçirilməsi hədəflənir.

Məqalədə:
Seçilən
7
2
az.trend.az

3Mənbələr