79 yaşlı rusiyalı kinorejissor Nikita Mixalkov yenidən xəstəxanaya yerləşdirilib.
Rusiya mətbuatında dərc olunan yazılara görə, onun ürəyində ciddi problemlər yaranıb. Mixalkovun vəziyyəti martın əvvəlində, qan təzyiqi qəfil qalxdıqdan sonra pisləşməyə başlayıb. Bu zaman xəstəxanaya çatdırılıb və həkimlər onun vəziyyətini stabilləşdirə biliblər.
Lakin müayinələr nəticəsində onun ürək-damar sistemində və təzyiqində problemlər olduğu üzə çıxıb.
O zaman məşhur rejissorun ambulator narkoloji müalicə ala biləcəyi barədə qərar qəbul edilib.
"Cebheinfo.az"