Fransalı rejissorlar Klair Billet və Kristof Lafaye tərəfindən Fransanın xüsusi silahlar bölməsinin 1956-1962-ci illərdə Əlcəzairdə istifadə etdiyi toksik qazlarla bağlı yeni sənədli film hazırlayıb.
Bizim.Media xəbər verir ki, hazırlanan yeni sənədli film şok edici faktlar açılqlanıb.
Araşdırmalara əsasən, həmin dövrdə 8 000 – 10 000 arası toksik qaz istifadəsi qeydə alınıb.
Qazlar əsasən mağaralarda tətbiq edilib, məqsəd isə Əlcəzairin müstəqillik uğrunda mübarizə aparan döyüşçülərini məhv etmək və sığınacaq yerlərini istifadəyə yararsız hala salmaq olub.
Məlumatların tam aşkarlanması isə mümkün deyil, çünki Fransanın qanunları bu cür arxivləri müddətsiz məxfi saxlayır. 2008-ci ildə qəbul edilən qanuna görə, bu cür məlumatlar məxfi saxlanılır və müddətsiz olaraq açıqlanması qadağan edilib. Bu da göstərir ki, Fransa dövləti öz müstəmləkə cinayətlərinin tam açıq şəkildə araşdırılmasını və dünya ictimaiyyətinə çatdırılmasını istəmir.
Fransanın bu cinayətləri ifşa edən sənədli filmin martın 16-da “France Télévisions” kanalında yayımlanması planlaşdırılsa da, gözlənilmədən iyuna qədər təxirə salınıb. Bu qərar Əlcəzairdə böyük narazılıq yaradıb.
“El Moudjahid” informasiya agentliyi bunu Fransanın azadlığı boğmaq cəhdi kimi qiymətləndirib. Nəşr Fransanın azad sözü boğduğunu və öz cinayətlərini ört-basdır etmək üçün filmə mane olduğunu bildirib. Əlcəzair ictimaiyyəti bu addımı Fransanın müstəmləkə dövründə törətdiyi qətliamları unutdurmaq cəhdi kimi qiymətləndirir.
Bu hadisə Fransanın müstəmləkə dövründə həyata keçirdiyi və indiyə qədər ört-basdır etməyə çalışdığı qətliamların növbəti sübutudur. Tarix boyu Fransa müxtəlif bölgələrdə oxşar siyasət yürüdüb: qətliamlar, etnik təmizləmələr və bu cinayətləri ört-basdır etmək cəhdləri.
Fransanın Azərbaycana münasibətində də eyni ikiüzlü yanaşma görünür. Fransa, tarixdə soyqırımlar və qırğınlarla yadda qalan Ermənistana açıq şəkildə dəstək verməkdə davam edir. Azərbaycanlılara qarşı Xocalı faciəsi kimi qətliamlar törədən bir dövlətə silah yardımı etməsi və siyasi dəstək göstərməsi Fransanın müstəmləkəçi siyasətindən imtina etmədiyini sübut edir. Əlcəzairdəki qətliamları gizlətməyə çalışan bir ölkənin Ermənistanın hərbi cinayətlərini görməzdən gəlməsi və onu dəstəkləməsi təəccüblü deyil.
Fransanın keçmişi ilə üzləşməkdən qaçması, eyni cinayətkar siyasəti müxtəlif bölgələrdə davam etdirməsi beynəlxalq ictimaiyyət tərəfindən daha ciddi araşdırılmalı və qınanmalıdır. (modern.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta