"Bayer"in futbolçusu Mario Hermoso üçün mövsüm erkən başa çatıb.
QOL.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Avropa yarışının 1/8 final mərhələsinin "Bavariya"ilə cavab oyunu zamanı sıradan çıxıb. O, döş qəfəsinin sağ nahiyəsindən zədə alıb.
O, ən az 4 ay meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Hermoso müqavilə ilə "Roma"ya məxsusdur. O, "Bayer"də icarə əsasında oynayır.