AZ

“Azərsun Holdinq” 10 min ailəni bayram sovqatı ilə sevindirib

Milli-mənəvi dəyərlərə olan həssaslığı, sosial məsuliyyət sahəsində həyata keçirdiyi layihələri ilə seçilən “Azərsun Holdinq” Novruz və Ramazan bayramları münasibətilə ənənəsinə sadiq qalaraq minlərlə ailəni bayram sovqatı ilə sevindirib. Holdinq 10 mindən çox həssas qrupa aid ailəyə ərzaq yardımı edib.

Şirkət bu kimi sosial məsuliyyət layihələrini öz fəaliyyətində prioritet tutaraq yalnız iqtisadi müstəvidə deyil, həm də cəmiyyətin ümumi rifahının yüksəlməsinə mühüm təsir göstərir.

1991-ci ildən fəaliyyət göstərən holdinq ölkənin iqtisadi inkişafında mühüm rol oynamağa davam edir. Şirkət yalnız yerli bazarda deyil, həm də xarici bazarlarda məhsullarının keyfiyyəti ilə seçilir və yüksək qiymətləndirilir. “Azərsun Holdinq”in istehsal etdiyi qida məhsulları dünya bazarlarında böyük tələbat görür və artıq 40-dan çox ölkəyə “Made in Azerbaijan” etiketi ilə ixrac edilir.

Seçilən
11
10
tribunainfo.az

10Mənbələr