AZ

İmamoğlu həbsdə nə qədər saxlanılacaq?

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, İstanbul şəhərinin bələdiyyə başçısı Ekrem İmamoğlunun dörd gün nəzarətdə saxlanılacağı bildirilir. Eyni ittihamla həbs edilən digər şəxslər də polisdə saxlanılacaqlar.

Bəlli olduğu kimi, İmamoğlu müxalifəti təmsil edir. İstintaq onu korrupsiya sxemlərində və rüşvətdə ittiham edir.

Türkiyə Prokurorluğunun tələbi ilə İstanbul Universiteti İmamoğlunun diplomunu ləğv edib. Bu, İmamoğlunun prezident seçkilərində namizədliyinin irəli sürülməsinə əngəl olacaqdır.

İstanbul şəhərində martın 23-nə qədər nümayişlər və mitinqlər keçirilməsi qadağan edilib. Polis şəhərin mərkəzi küçələrinə nəzarəti gücləndirib.

Hürr Tərcüman

Seçilən
3
hurriyyet.az

1Mənbələr