AZ

Əkrəm İmamoğlu 4 gün polis nəzarətində qalacaq -Yenilənib

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və saxlanılan digər şəxslər 4 gün polis nəzarəti altında qalacaq...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə CNN TÜRK məlumat yayıb.

Qeyd edək ki, Əkrəm İmamoğlu bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanılıb. Ümumilikdə 100-dən artıq şəxsin saxlanıldığı bildirilir. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan iki istintaq çərçivəsində İmamoğlu və digər şübhəlilər PKK ilə ortaq fəaliyyət, PKK üzvlərini işə yerləşdirmək, korrupsiya və rüşvət cinayətlərində təqsirləndirilir.

***

İstanbul meri Ekrem İmamoğlu saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.

Bildirilib ki, türkiyəli siyasətçi ilə yanaşı onun mətbuat müşaviri Murat Onqun da saxlanılıb. Merin evində axtarış aparılır.

Poliqon.info

Seçilən
13
1
poliqon.info

2Mənbələr