Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Behbudov Daşqın Nəsrəddin oğlunun nəşi Göyçay rayonunun Mırtı kəndində dəfn edilib.
Far.Az report-a istinadən xəbər verir ki, dəfn mərasimi zamanı Hərbi Orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib və yaylım atəşi açılıb.
Mərasimdə kənd sakinləri, şəhidin doğmaları, qazilər, rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri və kənd camaatı iştirak ediblər.
Şəhidin ruhuna dualar oxunduqdan sonra onun nəşi torpağa tapşırılıb.
*** 14:06
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Behbudov Daşqın Nəsrəddin oğlunun nəşi uzun müddətdən sonra Göyçay rayonunun Mırtı kəndində ailəsinə təhvil verilib.
Far.Az report-a istinadən xəbər verir ki, kənd sakinləri, şəhidin doğmaları, qazilər, rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri və ictimaiyyətin iştirakı ilə kənddə vida mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər bildiriblər ki, Daşqın Behbudov Vətənin azadlığı uğrunda canından keçən qəhrəman oğullardan biridir. Onun cəsarəti, fədakarlığı Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Mırtı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, D.Behbudov əvvəllər İmişli rayon məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu. O, 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində gedən şiddətli döyüşlər zamanı itkin düşmüşdü.