AZ

73 yaşlı baş məşqçi təqaüdə çıxacaq

"Roma"nın 73 yaşlı baş məşqçisi Klaudio Ranyeri məşqçilik karyerasını bitirəcək.

İtaliyanın "Roma" klubunun baş məşqçisi Klaudio Ranyeri bu mövsümdən sonra məşqçilik karyerasını bitirəcəyini təsdiqləyib.

Operativ Media "Corriere dello Sport"a istinadən xəbər verir ki, 73 yaşlı italiyalı mütəxəssis ötən il "Kalyari"ni A Seriyasına çıxararkən məşqçilik karyerasını bitirəcəyini artıq elan etmişdi, lakin sonra "Roma"nın təklifini qəbul etdi. 

“Qərarımı dəyişmək fikrim yoxdur. Karyeramı bitirmək düzgün qərardır. İşimə həmişə müsbət yanaşdığım üçün son nəticələrimiz məni çox təəccübləndirmir. Mən burada öz gücünə inamını qismən itirmiş güclü komanda gördüm. Onları birləşdirməyə, inam yaratmağa çalışdım. Onlar yenidən birləşib, böyük irəliləyiş əldə edirlər. İndi mövsümün ən gözəl və ən çətin hissəsi başlayır" deyə Ranyeri bildirib.

“Roma” A Seriyasında keçirdiyi son altı oyunda qalib gəlib və 7-ci yerdədir.

Seçilən
7
operativmedia.az

1Mənbələr