Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Bəxtiyar Kamil oğlu Qurbanov vəzifəsindən azad edilib.
Gundem.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.
Nazirin digər Əmri ilə həmin vəzifəyə Xəqani Həmzə oğlu Əzizov təyin edilib.
Qeyd edək ki, Bəxtiyar Qurbanov 2019-cu ildən sözügedən idarənin rəisi idi.
Xatırladaq ki, son iki ayda Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov və Xidmət rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov vəzifələrindən azad edilib. Hər iki generalın vəzifəsinin icrası polkovnik Xaliq Hüseynova tapşırılıb. /"Qaynarinfo"