Sumqayıtda 24 yaşlı oğlanın meyiti tapılıb.
Hadisə şəhərin 5-ci mikrorayonu ərazisində qeydə alınıb.
Meyiti tapılanın Amil Zeynalov olduğu bildirilir.
İlkin məlumata görə, onun meyiti qonaq gəldiyi evdə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: oxu.az