Bolqarıstan çempionatının "Arda" - "Levski" görüşündə (1:1) qəribə hadisə olub.
Yenisabah.az Talksport-a istinadla xəbər verir ki, "Arda" klubu üzvləri səhvən keçmiş oyunçusu Petko Qançevin vəfatı haqda məlumat alıb. Buna görə də onlar görüşdə 1 dəqiqəlik sükut ediblər.
Qançevin arvadı həmin vaxt oyunu televizordan izlədiyi üçün gördükləri və eşitdiklərindən şoka düşüb. O, ərinə dönə-dönə zəng vurub. Lakin Qançev maşın sürdüyü üçün zənglərə cavab verməyib. Evə çatdıqda hər şeyə aydınlıq gəlib.
"Arda" bu anlaşılmazlığa görə üzr istəyib: "Sabiq futbolçumuz Petko Qançev və onun yaxınlarından kluba daxil olan yalan məlumata görə başverənlər səbəbindən üzr istəyirik. Qançevə uzun illər can sağlığı və "Arda"nın uğurlarına sevinməyi arzulayırıq”.
Telegram kanalımız