1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Real Madrid"in və İspaniya millisinin mərkəz müdafiəçisi Raul Asensio İngiltərənin "Liverpul" və İtaliyanın "Milan" klublarının diqqət mərkəzinə düşüb.
Oxu.Az "El Çirinquito"ya istinadən xəbər verir ki, 22 yaşlı ispaniyalı futbolçu ilə maraqlanan hər iki klub Asensionun Madrid nəhəngi ilə müqaviləsini yeniləməyəcəyinə və onların təkliflərini dinləməyə hazır olacağına ümid edir.
Bu mövsüm o, bütün turnirlərdə 40 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Raulun "Real Madrid"lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.