Gəncədə bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərdə yerləşən xəstəxanalardan birinin qarşısında baş verib. 1999-cu il təvəllüdlü Z.Rzayev kürəyindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info