AFFA rəhbərliyi veteran futbolçu Oqtay Abdullayevi 70 illik yubileyi münasibətilə təbrik edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev Oqtay Abdullayevlə görüşüblər, ona cansağlığı və uğurlar arzulayıblar.
Həmçinin onlar bu münasibətlə veteran futbolçuya xatirə hədiyyəsi təqdim ediblər.