AZ

Kərə yağı adı ilə satılan bu məhsulların da tərkibində bitki yağı aşkarlandı – Fotolar


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb.
Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı

İstehsal və son istifadə tarixləri

İstehsalçı

 1.

“Rossiyskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı

23.12.2024-23.12.2025

“Allbuy” MMC

 2.

“Belaruskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı

17.01.2025-17.01.2026

“Allbuy” MMC

 3.

"Milk World" əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı

05.12.2024-05.12.2025

“Allbuy” MMC

 4.

“Golden Farm” əmtəə nişanlı 82,5% yağlılıqda kərə yağı

02.12.2024-02.06.2025

“Şamaxı Dairy Farm” MMC

16.12.2024-16.06.2025

“Şamaxı Dairy Farm” MMC


Məlumat üçün qeyd edək ki, ötən ay yeniavaz.com saytında "Bu rəqəmlər kərə yağlarının saxta olduğunu göstərir – Dəqiq hesablama" başlıqlı yazı yayımlanıb. Həmin yazıda rəsmi statistikaya istinadən hansı kərə yağlarınınn saxta ola biləcəyindən bəhs olunub. 



Seçilən
21
49
yeniavaz.com

10Mənbələr