Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığı Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığına müxtəlif növ atıcı silahlar bağışlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı keçirilən tədbirdə Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidze, Xüsusi Əməliyyatlar Komandanı polkovnik Teymuraz Klateişvili, Türkiyənin bu ölkədəki səfiri Ali Kaan Orbay və müdafiə attaşesi polkovnik İlhan Oktendural iştirak ediblər.
Qonaqlar silahlara baxış keçirib, onların texniki-taktiki məlumatları ilə tanış olublar. Daha sonra onlar Əlahiddə Hərəkat Komandanlığı bazasının atıcılıq poliqonuna keçərək, yeni silahları təcrübədə sınaqdan keçiriblər.
Qeyd olunub ki, snayper tüfənglərinin təhvil verilməsi Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Gürcüstan və Türkiyənin müdafiə nazirlikləri uzun illərdir ki, müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */