Xəbər verdiyimiz kimi, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb.
Əməliyyat çərçivəsində İmamoğlu ilə yanaşı, onun mətbuat katibi Murat Ongun və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.
"Cebheinfo.az" Medianews.az-a istinadən martın 19-u İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə birlikdə tutulan şəxslərin siyahısını təqdim edir.
Medianews.az xatırladır ki, martın 18-də İstanbul Universiteti qanunsuz keçid səbəbi ilə Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomunun geri alınmasına qərar verib. Universitetin bununla bağlı açıqlamasında bildirilib ki, qərar aparılan istintaqın nəticələri əsasında qəbul edilib. Martın 19-u səhər isə İstanbul Prokurorluğu Əkrəm İmamoğlu da daxil olmaqla, 100-ə yaxın şübhəli barəsində müxtəlif cinayətlərə görə həbs qərarı verildiyini açıqlayıb. Şübhəlilər “cinayət təşkilatı qurmaq”, “rüşvət almaq”, “dələduzluq”, “tender saxtakarlığı” kimi cinayətlərdə təqsirləndirilir.
"Cebheinfo.az"