AZ

Bakıda satılan səməninin qiyməti ŞOKA SALDI

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar ki, bütün süfrələrin yaraşığıdır. 

Milli.Az xəbər verir ki, paytaxtda kifayət qədər səməni satışının olduğu yerlərlə rastlaşa bilərsiniz.

Satıcıların sözlərinə görə, müxtəlif zövqdə olan səmənilərin qiyməti bəzəyinə və ölçüsünə görə dəyişir.

"Minimum 1 manatdan başlayır, hətta 90 manata belə satışa çıxarılan səmənilər var".

Satıcılar bu səmənilərin öz müştəriləri olduğunu desələr də, alıcılar bir neçə günə solacaq səmənəyə o qədər pul verməyi mənasız hesab edirlər.

Aysel Əkbər
Milli.Az 

Seçilən
12
3
milli.az

10Mənbələr