AZ

USAID, Amerikanın Səsi və Azadlıq Radiosunun bağlanması Azərbaycan dövlətinin xarici təxribatlara son qoymasıdır- ÖZƏL

USAID, "Amerikanın Səsi" və "Azadlıq" radiolarının fəaliyyətinin dayandırılması Azərbaycanda uzun illər davam edən təxribatçı fəaliyyətlərin sonlanması ilə nəticələndi. Bu qurumlar, dövlətə qarşı qarayaxma kampaniyaları apararaq, ictimai rəyi manipulyasiya etməyə çalışıb və daxili sabitliyi pozmağa cəhd ediblər. Azərbaycan dövlətinin mövqeyini müdafiə edən şəxslər, onların gizli məqsədlərini ifşa edərək, bu qurumların fəaliyyətini məhdudlaşdırıblar. 

Politoloq Elşad Həsənov qeyd edib ki, bu radioların  bağlanması Azərbaycan dövlətinin xarici təxribatlara son qoymasıdır:

"Bəli, USAID, Amerikanın səsi, Azadlıq radiosu və eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin bəzi strukturları, yəni ABŞ-nin böyük dövlət olmasında, onun demokratiya və azadlığını dünyaya yayanmasında çox önəmli rolu olan radioları artıq fəaliyyətini dayandırdı. Bunun üçün Tramp hakimiyyəti qərar verdi. Bildiyimiz kimi, ABŞ Konqresi 4 sentyabr 1960-ci ildə  Xarici Yardım Aktını qəbul edib. Sonradan prezident Kennedi bir neçə xarici yardım təşkilatlarını və proqramlarını USAID-in çətiri altında birləşdirib. USAID-in büdcəsi 50 milyard ABŞ dollarından artıqdır. O, dünyanın ən böyük yardım agentliklərindən biridir. USAİD-in proqramları Konqres tərəfindən Xarici Yardım Aktı vasitəsilə tənzimlənir. USAİD-in 100-dən çox ölkədə,  ilk növbədə Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Avropada nümayəndələri var. Əsas prinsipləri  dünyada vətəndaşların həyatının yaxşılaşdırılması ilə yanaşı, demokratiyanın və azad bazarlarının genişləndirilməsində, ABŞ-nin xarici siyasət maraqlarını inkişaf etdirməkdir. USAİD-in fəaliyyətinin pərdəarxası onu göstərir ki, yardım aktı adı altında keçirilən layihələrin əsl məqsədi həmin ölkəni dərindən öyrənmək, orada idarə olunan şəbəkə yaratmaq və zərurət yaranarsa, bu şəbəkələrdən istifadə etməklə hakimiyyətə təzyiq etmək,  hakimiyyət çevrilişi həyata keçirmək və.s olub. Biz bunu dünyanın müxtəlif ölkələrində görmüşük və bunu açıq aşkar bilmişik. Həm də burada onların fəaliyyətə başladığı gündən adı müxtəlif qalmaqallarda hallanıb. Burada korrupsiya, qeyri hökumət təşkilatlarının, siyasətçilərinin ələ alınması, kəşfiyyat orqanlarının dağıdıcı fəaliyyətinə zəmin yaradılması da daxildir. Biz bunun ən yaxın nümunəsini qonşu Gürcüstanda müxalifətə milyonlarla dollar verilməsinin şahidi olmuşuq. Hətta bunu onlar açıq etiraf ediblər ki, Gürcüstan hakimiyyətinə ayrılan yardımlar müxalifətə göndəriləcək ki, müxalifət hakimiyyəti devirsin, Amerikanın istədiyi kimi hakimiyyət yaransın. Aparılan siyasət bu idi.  Amerikanın Səsi, Azadlıq radioları da məhz ABŞ Dövlət katibliyi tərəfindən  maliyyələşdirilib və onlar tərəfindən formalaşdırılıb. Amerikanın siyasətini başqa ölkələrdə yaymaq, dezinformasiya yaymaq üçün yenə də burada da kəşfiyyat və təxribat işləri görülürdü. İllərdir bundan istifadə edirlər. Hələ sovet dönəmində yadımızdadır ki, Amerikanın səsi və Azadlıq radiolarının, SSRİ-nin əks kəşfiyyat orqanları, baş kəşfiyyat orqanları müxtəlif yerlərdə onların
boğulması, ərazidə yayılmamasına qarşı ciddi iş aparırdılar və müəyyən mənada buna nail olurdular. İndiki orta nəsil, yaşlı nəsil bunu çox gözəl bilir ki, məsələn, bəzən axşamlar vətəndaşlar Azadlıq radiosuna, Amerikanın Səsinə qulaq asmaq istəyirdilər. Ancaq radionun verliş etdiyi zaman həmin verliş kəsilirdi. Onları bağlayırdılar,  yayılmasına imkan vermirdilər. Bir məsələni də deyim ki, 90-cı ilin yanvar hadisələrini də ilk dəfə olaraq Azadlıq radiosu, Amerikanın səsi geniş dünya ictimaiyyətinə yaya bildi. Yəni SSRİ-nin apardığı qanlı siyasəti onlar ilk dəfə onlar, Azərbaycanda olan Bakıda olan qırğınları həmin radio vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırdı.
Bu təşkilatlar indi Amerika öz büdcəsinə qənaət etmək üçün,  vergi ödəyicilərinin pullarını sağa-sola sərpməmək üçün belə təşkilatları artıq bağlayırlar, onlara maliyyə yardımı ayırmırlar və bu işləri də  İlon Maskın rəhbərlik etdiyi təşkilat  görür. Artıq onlar bir trilyon pula qənaət ediblər. Yenə də bu qənaəti artırmaq istəyirlər.  USAİD həm də  bizə qarşı düşmənçilik aparırdı. Təkcə qonşu Ermənistanı daim maliyyələşdirirdi, elə keçən il onlara 250 milyon  ABŞ dolları həcmində maliyyə yardımı ayırdı və həmin o pullar da təbii ki, Ermənistan ordusunun silahlanmasına, digər məsələlərə yox  məhz orduların silahlanmasına yönəldi. Bu mənada biz USAİD-in, Amerikanın səsinin, Azadlıq radiosunun bağlanmasına inanın ki, həqiqi mənada Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti, azərbaycanlılar sevinirlər. Çünki  düşmən tərəfə, rəqib tərəfə artıq bu sahədə maliyyələşmə dayanacaq.  Daxili siyasətə də, təbii ki, həmişə təsir edirlər və neqativ məsələlər yayırlar, müxalif yönlü adamları ələ alırdılar,  dövlətçilik əleyhinə  çağırışlar etmək üçün pul verirdilər. Hesab edirəm ki, bu hallar öz həllini tapır. Yəni belə işlər olmayacaq və bu, Trampın gördüyü yaxşı işlərdən biri kimi tarixə düşəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr