1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Türkiyə Cümhuriyyəti hüquqi dövlətdir. Məhkəmələr müstəqildir və heç kim onlara göstəriş verə bilməz".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun saxlanılmasına münasibət bildirən Türkiyənin ədliyyə naziri Yılmaz Tunc bildirib.
O, sözünün davamında vurğulayıb ki, Türkiyə ədliyyə orqanlarının başlatdığı araşdırmaları ölkə prezidentinin adı ilə əlaqələndirmək həddi aşmaqdır:
"Hər kəs bilməlidir ki, hüquqi dövlətdə cinayətin törədildiyi iddiası varsa, müdafiənin təşkil ediləcəyi yer küçələr deyil, məhkəmə orqanlarıdır. İstintaqın nəticəsini bilmədən onun lehinə və ya əleyhinə nəticə çıxarmaq doğru deyil. Təqsirsizlik prezumpsiyası vacibdir. Türkiyə məhkəmə sisteminə etibar etmək lazımdır. Qəbul ediləcək qərara hörmətlə yanaşmaq bizim ümumi məsuliyyətimizdir".
Türkiyənin ədliyyə naziri əlavə edib ki, hazırda E.İmamoğlu da daxil olmaqla ümumilikdə 106 nəfər saxlanılıb.