AZ

İstanbulda etiraz aksiyası - Video

Ötən gün İstanbul Universiteti tərəfindən diplomu ləğv edilən və bu gün saxlanılan İstanbul meri Əkrəm İmamoğluya görə ali təhsil müəssisəsinin binası qarşısında etiraz aksiyası keçirilib.

“Qafqazinfo”nun “Birgun.net”ə istinadən məlumatına görə, tələbələr İmamoğlunun saxlanılması qərarına etiraz ediblər.

Aksiyada Boğaziçi Universiteti, Yıldız Texniki Universiteti və İstanbul Texniki Universitetinin tələbələri də iştirak edib.

Tələbələr daha sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin yerləşdiyi Saraçhaneyə doğru yürüşə başlayıblar.

Etiraz aksiyasından görüntülər sosial şəbəkədə yayılıb.

Həmin görüntüləri təqdim edirik:





Seçilən
3
1
qafqazinfo.az

2Mənbələr