AZ

Tramp Zelenski ilə danışacaq: Bu məsələlər müzakirə olunacaq

Bu gün ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olacaq.

Ölkə.Az xəbər verir ki, bunu Zelenki deyib.

"Bizsiz bu müharibəni ədalətli sülhlə başa vurmaq mümkün deyil. Bu gün prezident Trampla əlaqə saxlayacağam. Bu gün növbəti addımların təfərrüatlarını müzakirə edəcəyik ", - Zelenski bildirib.

Onun fikrincə, Ukrayna və Amerika komandaları artıq çox yaxşı görüş keçiriblər.

“Hesab edirəm ki, hər şey qaydasında getdi. Ancaq nə zaman ki, işlər qaydasında gedəndə Rusiya razı olmur”, - Zelenski qeyd edib.

Zelenski əlavə edib ki, Trampla görüşdə Putinlə söhbətin təfərrüatlarını ondan eşidəcəm.

Zelenski əmindir ki, Ukrayna suverenlik və müstəqillik uğrunda müharibədə qalib gələcək. 

Mürtəza
Ölkə.Az

Seçilən
55
50
olke.az

10Mənbələr