AZ

Zelenski Ukrayna ordusunun Kursk yaxınlığında mühasirəyə alınmasını “Rusiyanın dezinformasiyası” adlandırıb

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində mühasirəyə alınmayıb.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski bu barədə Finlandiya prezidenti Aleksandr Stubb ilə danışıqlardan sonra Telegram kanalında bildirib.

“Mən həmçinin cənab prezidentə (Stubb – redaktorun qeydi) Kursk istiqamətində vəziyyətlə bağlı Rusiyanın dezinformasiyası barədə məlumat verdim. Orada heç bir mühasirə yoxdur və bizim uşaqlar Ukraynaya lazım olan tapşırıqları yerinə yetirirlər”, – o vurğulayıb.

Martın 18-də Rusiya prezidenti Vladimir Putin Kursk vilayətində mühasirəyə alınan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin təslim olduqları təqdirdə onların həyatına zəmanət verib.

Seçilən
16
34
nocomment.az

10Mənbələr