AZ

Deko axtarışa başladı

“Barselona” yay transfer dövründə heyətini gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, “Relevo”nun məlumatına görə, “katalanlar” sol hücum yarımmüdafiəçi mövqeyini gücləndirməyi planlaşdırır. Kataloniya nəhənginin mümkün razılaşma üçün 60-70 milyon avro büdcə ayıra biləcəyi bildirilir. Klubun idman direktoru Deko artıq namizədlərin axtarışına başlayıb.

Bundan əlavə, “Barselona” yarımmüdafiədə bir neçə mövqedə oynaya bilən oyunçu axtarışındadır.

Hans-Diter Flikin komandası hazırda 60 xalla İspaniya çempionatına başçılıq edir.

Seçilən
17
futbolpress.az

1Mənbələr