AZ

Kərki ilə bağlı təklif Paşinyanı qəzəbləndirdi - Qapalı iclas

Azərbaycan Ermənistandan 4 anklav kəndi tələb edir.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, rəsmi Bakı Kərki, eləcə də Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsi daxil olmaqla, Tavuşdakı üç ərazinin verilməsində israrlıdır.

Bildirilib ki, məsələ ölkə parlamentinin son qapalı iclasından müzakirəyə çıxarılıb.

“Yerkrapa” terror təşkilatının rəhbəri Sasun Mikaelyan görüşdə Baş nazir Nikol Paşinyana deyib ki, Kərkinin əvəzinə Başkənd təklif edilsin.

Ermənistan baş naziri isə buna qəzəblənib və təkbaşına ölkə ərazisi ilə bağlı qərar verə bilməyəcəyini deyib.

Qeyd edək ki, Ermənistan hələ də Azərbaycanın Sofulu, Yuxarı Əskipara, Bərxudarlı və Kərki kəndlərini işğalda saxlayır.


Telegram kanalımız
Seçilən
8
1
yenisabah.az

2Mənbələr