AZ

Ukraynada tam şəkildə atəşkəs nə zaman olacaq? - Stiven Uitkoff tarixi açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ukraynada tam şəkildə atəşkəsə bir neçə həftə ərzində nail olmaq olar".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Bloomberg TV"nin efirində deyib.
"Tam şəkildə atəşkəsin əldə edilməsi ilə bağlı danışıqlar yaxın günlərdə aparılacaq. Düşünürəm ki, biz tapşırığı bir neçə həftəyə yerinə yetirə biləcəyik", - deyə o bildirib.
Stiven Uitkoffun sözlərinə görə, gələn həftənin əvvəlində Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndələrinin görüşləri planlaşdırılır ki, görüşlər zamanı Ukraynada hərbi əməliyyatların dayandırılması şərtləri müzakirə ediləcək.
ABŞ prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, bu, ekspertlər səviyyəsində danışıqlar olacaq.
Seçilən
31
50
oxu.az

10Mənbələr