Türkiyə Böyük Millət Məclisində (TBMM) Cümhuriyyet Xalq Partiyasından (CHP) olan deputatlar etiraz aksiyası keçiriblər.
Tribunainfo.az xəbər verir ki, bu hadqa “CNN türk” məlumat yayıb.
Millət vəkilləri Türkiyə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasına etiraz ediblər.
Belə ki, CHP-nin parlament qrupunun sədr müavini, millət vəkili Əli Mahir Başarırın Baş Assambleyada çıxışı zamanı sözləri böyük rəğbət qazanıb. O, İmamoğlunun saxlanılması anınında baş verənləri “dövlət çevrilişi” zamanı görülən tədbirlərə bənzədib.
Bunun ardınca deputatlar kürsüyə çıxaraq alqışlarla etiraz ediblər. Onlar İmamoğlunun saxlanmasına “Ədalət, qanun, haqq”, “Birləşərək qalib gələcəyik” şüarlar səsləndirərək reaksiya veriblər.
Gərginlik səbəbilə TBMM sədrinin müavini Sırrı Süreyya Öndər iş mühitinin təmin edilə bilmədiyi üçün iclası sabaha təxirə salıb.