Azərbaycanın gənclərdən ibarət karate millisinin yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az Karate Federasiyasından mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma Elnur İbrahimə tapşırılıb.
Qeyd edək ki, Elnur İbrahim bundan öncə 2002-2009-cu illərdə Azərbaycanən yeniyetmə və gənclərdən ibarət yığma komandasının baş məşqçisi, 2009-cu ildən 2024-cü ilə qədər Küveyt Karate Federasiyasının böyüklərdən ibarət yığmasının baş məşqçisi olub.