AZ

İsraildə radikal sabiq nazirə yeni vəzifə verildi

Netanyahunun rəhbərlik elədiyi İsrail hökuməti iki gün əvvəl Qəzzaya hücumu yenidən bərpa etməsinə paralel olaraq yanvar ayında atəşkəsə etiraz edərək istefa verən ifrat sağçı Yəhudi Güc Partiyasının lideri İtamar Ben-Qvirə yenidən vəzifə verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.

“The Times of Israel” yazır ki, İsrailin baş prokuroru Qali-Baharav-Miaranın etirazına baxmayaraq, Netanyahu Ben-Qvirin yenidən milli təhlükəsiz naziri təyin edib: "Bu gün İsrail Parlamentində (Knesset) keçiriləcək səsvermə ilə Yəhudi Güc Partiyasının lideri Ben-Qvir  milli təhlükəsiz naziri, eləcə də onunla birlikdə yanvar ayında istefaya gedən Yitzhak Vasserlaufun İnkişaf nazirinə, Amiçai Eliyahunun isə İrs nazirliyinə qayıdır".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Seçilən
3
mia.az

1Mənbələr