AZ

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
 

Xəbərdarlığa əsasən, martın 19-dan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi martın 22-si səhər saatlarına kimi davam edəcək.


Həmin günlər ərzində küləyin 18-23 m/s, arabir 25-28 m/s-ə qədər güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3,5-5,5 metrə çatacağı proqnozlaşdırılır.

Bizim.Media

Seçilən
13
10
bizim.media

10Mənbələr