AZ

Avtomobildə yemək bişirən bloqer məhkəməyə çağırıldı - VİDEO

İran polisi avtomobil sürərkən yemək bişirdiyi videoları sosial media hesabında paylaşan bloqerin məhkəməyə verildiyini açıqlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Fərzin adlı bloqer avtomobilində hazırladığı yeməklərlə məşhurluq qazanmağa çalışıb. Bildirilib ki, onun avtomobili cərimə meydançasına aparılıb.

Polis qeyd edib ki, avtomobildə bu cür davranışlar sürücünün özü və digər insanlar üçün ölüm riski yaradır.

Seçilən
24
2
avtosfer.az

3Mənbələr