AZ

Tramp İrana ultimatum verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp İrana ultimatum verib.
Oxu.Az xəbər verir ki, o, Tehrandan Yəmən hüsilərini ("Ənsarullah" üsyan hərəkatı - red.) dəstəkləməyi tamamilə dayandırmağı tələb edib.
"İranın hüsilərə hərbi və ümumi dəstəyinin intensivliyini azaltdığı barədə məlumatlar gəlir, lakin təchizat səviyyəsi hələ də yüksəkdir. İran bu vasitələrin göndərilməsini dərhal dayandırmalıdır. Qoy Hüsilər özləri döyüşsünlər", - amerikalı lider "X"də yazıb və əlavə edib ki, hüsilər istənilən halda məğlub olacaqlar, lakin bu yolla daha tez".
Trampın sözlərinə görə, Yəmən üsyançıları artıq böyük zərər görüblər və vəziyyət daha da pisləşəcək.
"Onlar tamamilə məhv ediləcəklər", - dövlət başçısı yekunlaşdırıb.
Xatırladaq ki, 7 mart tarixində Tramp "Truth Social"da Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar təklifi ilə məktub göndərdiyini yazıb. İran lideri ABŞ prezidentinin bu təklifini rədd edib. "Axios" iddia edir ki, Tramp məktubunda Tehrana yeni nüvə sazişi bağlamaq üçün iki ay vaxt verib.
Seçilən
32
50
oxu.az

10Mənbələr