AZ

Tramp: İran husilərə dəstəyi tamamilə dayandırmalıdır

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın Yəməndəki Ənsarullah Husi hərəkatına dəstəyi tamamilə dayandırılmalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X" sosial hesabında bildirib.

"İranın husilərə verdiyi hərbi və ümumi dəstəyin intensivliyini azaltdığına dair xəbərlər var, lakin tədarük səviyyəsi yüksək olaraq qalır. İran bu təchizatları göndərməyi dərhal dayandırmalıdır. Qoy husilər təkbaşına mübarizə aparsınlar", - deyə Amerika lideri qeyd edib.

Tramp Yəmən üsyançılarının böyük ziyan gördüyünü və vəziyyətin daha da pisləşəcəyini deyib.

“Onlar tamamilə məhv ediləcək”, - deyə Tramp yekunlaşdırıb.

Seçilən
129
50
operativmm.az

10Mənbələr