AZ

Əkrəm İmamoğlunun yeni görüntüləri yayıldı – VİDEO

  İmamoğlunun ortağı olduğu şirkət məhkəmə qərarı ilə müsadirə edildi

Referans.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ortağı olduğu İmamoğlu İnşaat Ticaret ve Sanayi Anonim Şirketi məhkəmə qərarı ilə müsadirə edilib.

İstanbul Respublika Baş Prokurorluğu İmamoğlu və daha 99 nəfər barəsində “cinayətkar təşkilat rəhbəri olmaq”, “cinayətkar təşkilata üzv olmaq”, “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatları qanunsuz ələ keçirmək” və “tender saxtakarlığı” ittihamları ilə araşdırma aparır.

 
Bundan əlavə, prokurorluq İmamoğlu, İBB baş katibinin müavini Mahir Polat və Şişli Bələdiyyəsinin sədri Rəsul Əmrah Şahan da daxil olmaqla 7 nəfəri PKK/KCK terror təşkilatına yardım etməkdə ittiham edir.

İstanbul məhkəməsinin qərarı ilə, MASAK (Türkiyə Maliyyə Cinayətləri Araşdırma Şurası) hesabatları əsasında İmamoğlunun ortağı olduğu İmamoğlu İnşaat Ticaret ve Sanayi Anonim Şirketinin fəaliyyəti dayandırılıb və şirkətə hüquqi nəzarət tətbiq edilib.

Sosial şəbəkələrdə Əkrəm İmamoğlunun həbsindən sonrakı videosu yayılıb. Həmin görüntüləri təqdim edirik.  


Seçilən
13
3
referans.az

4Mənbələr