AZ

Dünyanın ən böyük canlı orqanizmi tapılıb…

Alimlər Solomon adalarında planetin ən böyük canlı varlıqlarından biri olan unikal meqakoral aşkar ediblər. Onun eni 34 metr, uzunluğu 32 metr, hündürlüyü isə 5,5 metrdir.

SİA-nın məlumatına görə, tapıntının300 yaşı olduğu təxmin edilir.

Bu rif Pavona clavus növünə aiddir və adi mərcanlardan milyonlarla polipdən ibarət tək orqanizm olması ilə fərqlənir. Bu, şərait pisləşdikdə ölən digər qayalıqlardan fərqli olaraq onun sağ qalmasına imkan verir.

Kəşf Manu San Feliksin rəhbərlik etdiyi National Geographic Pristine Seas Expedition komandası “gəmi qəzası qəbiristanlığını” kəşf edərkən və bu nəhəng qaya ilə rastlaşarkən təsadüfən baş verib.

Meqakoral mərcan riflərinin məhv edilməsi fonunda ümid simvoluna çevrilib. O, yəqin ki, Solomon adalarının daha dərin, sərin suları sayəsində sağ qalıb.

Mərcanların məhv olması təhlükəsini nəzərə alaraq, elm adamları bu ekosistemləri qorumaq üçün tədbirlər təklif edirlər, o cümlədən manqrov ağaclarının kəsilməsinə qadağa, mühafizə proqramları üçün maliyyənin artırılması və suyun çirklənməsinin azaldılması...

...Yerli icmalar artıq Malaulalo sularını qorumaq üçün müraciətlər edib.

Nazlı Almuradova

Seçilən
6
sia.az

1Mənbələr