AZ

Lənkərandakı QƏTLİN TƏFƏRRÜATI: Qadının işində olan problemləri onun ailəsinə yansıyıbmış

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Lənkəranda 41 yaşlı qadının qətlə yetirilməsinin təfərrüatı məlum olub.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, kişi qayınanasının evinə gələrək yeyib-içib, daha sonra ona qızını öldürdüyünü deyib.
Belə ki, Lənkəran şəhər sakini Günel Tahirova yaralı vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyi isə nəticəsiz qalıb.
Mərhumun hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı, 46 yaşlı İman Tahirov könüllü şəkildə polisə təslim olub.
Anasının bildirdiyinə görə, qızının ailəsində tez-tez münaqişə baş verirmiş. İddiaya görə, qadının işində olan problemləri onun ailəsinə yansıyıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, cütlüyün iki övladı var. Onlardan biri Universitet tələbəsidir.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:
Seçilən
33
50
oxu.az

10Mənbələr