ABŞ-Ukrayna nadir metallar sazişi gündəmdə qalır, lakin Vaşinqton hazırda sülh sazişinə fokuslanıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt brifinqdə bildirib.
“Xeyr. Bu o deməkdir ki, mədən sazişi hamınızın Oval kabinetdə prezidenlər Zelenski ilə Trampın açıq görüşündə gördüyünüz ilk parametrlər toplusu idi. İndi diqqətimizi uzunmüddətli sülh sazişinə yönəltmişik”, - Levitt jurnalistlərə deyib.
Onun sözlərinə görə, münaqişə tərəfləri heç vaxt indiki kimi sülhə yaxın olmayıblar.