"Betis" braziliyalı hücumçu Antonini daha bir mövsüm icarəyə götürməyi planlaşdırıb.
İdman.biz xəbər verir ki, bununla bağlı "Mançester Yunayted"lə danışıqlar aparılacaq.
İspaniya təmsilçisi 25 yaşlı futbolçunun maaşının böyük hissəsini - 84 faizini öz üzərinə götürməyə hazırdır. Amma "Mançester Yunayted" yayda Antonini sataraq, transfer büdcəsi təşkil etmək niyyətindədir.
Qeyd edək ki, yanvardan icarə əsasında "Betis"də oynayan braziliyalı 11 oyunda 4 qol və 4 ötürmə ilə yadda qalıb.
İdman.biz